Fevralın 19-da Azərbaycan Bəstəkarlar İttifaqının Ü.Hacıbəyli adına konsert salonunda “Azərbaycan bəstəkarları və musiqişünasları” adlı yeni broşürlərin təqdimatı keçiriləcək. Bəstəkarlar İttifaqının mətbuat xidmətindən bildirilib ki, kitabçalar qurumun layihəsi üzrə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə çap olunub.