Martın 16-da “YARAT” Müasir İncəsənət Mərkəzinin təşəbbüsü ilə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin nəzdində fəaliyyət göstərən “İstedad” mərkəzinin Novruz bayramına həsr olunmuş konserti keçirilib.
Xalq artisti, professor Zəhra Quliyevanın rəhbərliyi ilə uğurla fəaliyyət göstərən “İstedad” mərkəzinin şagirdləri, xalq çalğı alətləri ifaçıları və xanəndələr maraqlı proqram təqdim ediblər.
Konsert “YARAT FreeStyle” layihəsi çərçivəsində baş tutub. Layihə mütəmadi keçirilən musiqi tədbirləri silsiləsini - canlı ifa və musiqi eksperimentləri proqramını təqdim edir.