Türkiyədə yaşayan azərbaycanlı pianoçu İslam Manafov İstanbulda iki konsert proqramı ilə çıxış edib.
İfaçı Cemal Reşit Rey konsert salonunda özünün müəllifi olduğu və üç ildir uğurla davam etdirdiyi "Uşaqlar və gənclərlə musiqiyə yolçuluq" layihəsinin piano aləti, simfonik orkestr və dirijor mövzulu konsert proqramını təqdim edib. Fulya Sənət Mərkəzində isə sənətçinin F.Şopenin 4 skertso və 4 balladasından ibarət solo proqramla çıxışı olub.
Qeyd edək ki, İ.Manafovun bu ifalarından ibarət CD albomu yaxın zamanda musiqisevərlərə təqdim olunacaq.

Soltan