Aprelin 9-da Azərbaycan Dövlət Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında tanınmış dirijor, Əməkdar incəsənət xadimi, professor Azad Əliyevin (1951-2014) 65 illik yubileyinə həsr olunmuş xatirə konserti keçiriləcək.
Bakı Musiqi Akademiyasının nəzdində yaradılan "Baku Chamber Orchestra"nın iştirakı ilə baş tutacaq konserti dirijorlar Fuad İbrahimov və Mustafa Mehmandarov idarə edəcəklər. Solistlər Elçin Əzizov (bariton), Azər Rzazadə (tenor) olacaq.