Mayın 25-də Xalq artisti Alim Qasımov Almaniyanın Dortmund şəhərində konsert proqramı ilə çıxış edəcək. Konsert Klangvokal musiqi festivalı çərçivəsində gerçəkləşəcək.
Bu il səkkizinci dəfə təşkil olunacaq Klangvokal musiqi festivalı mayın 13-dən iyunun 12-dək Dortmund şəhərində keçiriləcək. Dünyanın hər yerindən istedadlı rəssam və musiqiçiləri bir yerə toplayan sənət bayramı “Sərhədsiz” şüarı altında keçirilir.
Beynəlxalq festivalda Argentina, Kuba, Mərakeş və İran musiqiçiləri də çıxış edəcəklər. Festival çərçivəsində 25-dən çox tamaşanın premyerası nəzərdə tutulub.