Xəbər verdiyimiz kimi, 19-21 aprel tarixində “Kainat” Gənclik Mərkəzinin təşəbbüsü ilə Bakıda İslam dünyası gənc (20 yaşınadək) klassik musiqi ifaçılarının 5-ci beynəlxalq müsabiqəsi keçiriləcək.
Ənənəvi müsabiqə ISESCO-nun, Azərbaycan Respublikası Gənclər və İdman, Mədəniyyət və Turizm, Xarici İşlər nazirliklərinin iştirakı, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşkilatçılığı ilə gerçəkləşəcək. Müsabiqədə iki (15 yaşadək və 16-20 yaş arası) yaş qrupu üzrə təmsil olunan gənc istedadların çıxışları beynəlxalq tərkibli münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.
Müxtəlif müsəlman ölkələrindən ifaçıların qatılacağı müsabiqədə Azərbaycan təmsilçilərinin müəyyənləşdirilməsi məqsədilə 7-8 apreldə seçim turları keçiriləcək. Seçim turları Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında təşkil olunacaq.