Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzində şəhər (rayon) uşaq musiqi və incəsənət məktəblərinin səs (xanəndə) müəllimləri üçün ixtisasartırma kursları təşkil edilmişdir.
4-23 aprel tarixini əhatə edən ustad dərsləri tanınmış xanəndələr - Əməkdar artist Fehruz Məmmədov, Əməkdar müəllim Qəzənfər Abbasov tərəfindən tədris olunur. Dərs prosesində bədii təhsilin inkişafı, tədrisin səviyyəsi, müəllimlərin dərsə yanaşma tərzi, dərs keçmə metodları, istedadlı uşaqların seçilməsi prosesi xanəndə müəllimlərə aşılanır.
Nümunəvi dərs prosesində ustad müəllimlər tərəfindən Azərbaycanın milli sərvəti olan muğamın, xalq musiqisinin incəlikləri dinləyicilərə öyrədilir və xanəndə müəllimlər öz bacarıqlarını, dərs prosesində əldə etdikləri təcrübi bilikləri nümayiş etdirirlər.