Aprelin 25-də Beynəlxalq Muğam Mərkəzində Xalq artisti Alim Qasımov və Əməkdar artist Fərqanə Qasımova BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun iştirakçıları üçün geniş konsert proqramı ilə çıxış ediblər.
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən konsertdə Xalq artisti Alim Qasımov qonaqları salamlayaraq onları Bakıda görməkdən məmnun olduğunu ifadə edib. Daha sonra Alim Qasımov və Fərqanə Qasımova muğam, xalq mahnıları və təsniflərdən ibarət maraqlı konsert proqramı ilə çıxış ediblər. Muğam ustalarının çıxışları qonaqlar tərəfindən alqışlarla qarşılanıb.
* * *
Aprelin 26-da isə Heydər Əliyev Mərkəzində BMT-nin Sivilizasiyalar Alyansı və “BMW Group” şirkətlər qrupu tərəfindən mədəniyyətlərarası innovasiya mükafatının təqdim olunması mərasimi keçirilib. Mərasimdə Azərbaycan Dövlət Uşaq Filarmoniyasının Uşaq-Gənclər Xalq Çalğı Alətləri Orkestri konsert proqramı ilə çıxış edib.