Mayın 26-da Niyazinin mənzil-muzeyində 28 May - Respublika Günü münasibətilə Azərbaycan Milli Konservatoriyası tərkibində Musiqi Kollecinin tələbə və müəllimlərinin konserti keçirilib. Konsertdə Azərbaycan bəstəkarlarından V.Adıgözəlov, S.Ələsgərov, T.Quliyev, Ə.Tağıyev və dünya klassiklərindən L.Bethoven, C.Verdi, F.Şubert, V.Motsart, J.Massne və başqalarının əsərlərindən ibarət proqram təqdim olunub.