Niyazinin mənzil-muzeyində 1 iyun - Beynəlxalq Uşaqları Müdafiə Gününə həsr edilmiş “Musiqili fidanlar” adlı konsert təşkil olunub.
Tədbirdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının, Azərbaycan Milli Konservatoriyanın və konservatoriyanın nəzdində fəaliyyət göstərən Musiqi kollecinin tələbələrinin ifasında Azərbaycan və dünya klassiklərinin əsərlərindən ibarət rəngarəng musiqi proqramı təqdim olunub.