Rusiya paytaxtında XIII beynəlxalq “Moskva dostları qarşılayır” festivalı keçirilir. Festivalda ölkəmizi Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdi Orxan Hüseynov (violonçel), Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdləri Qəmərtac Maqsudova (qanun) və Canel Nəcəfli (skripka) təmsil edirlər.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu festivalın iştirakçılarına və təşkilatçılarına təbrik məktubu göndərib. Məktubda qeyd edilir ki, bu festival istedadlı gəncləri yaxınlaşdırır. “Əminəm ki, bu görüş xalqlarımız arasında dostluğun, qarşılıqlı anlaşmanın və mehriban qonşuluğun parlaq rəmzi olacaq”, - deyə məktubda vurğulanır.
Festivalın proqramında konsertlərdən əlavə, ustad dərsləri və sərgilər də nəzərdə tutulub. İştirakçılara musiqi alətləri hədiyyə ediləcək.