Xalq artisti Alim Qasımov və qızı Əməkdar artist Fərqanə Qasımova Londona qastrol səfərinə hazırlaşır.
İyunun 10-da başlanacaq səfər çərçivəsində ustad sənətkar qızı ilə birgə Londonun “Wiqmore” konsert salonunda konsert proqramı ilə çıxış edəcək. Konsertdə ənənəvi olaraq muğam, təsniflər və müxtəlif bəstəkar mahnılarının səsləndirilməsi ilə yanaşı, ustad dərslərinin keçirilməsi də nəzərdə tutulur. Səfər iyunun 15-dək davam edəcək.
Konsertdə xanəndələri Rauf İslamov, Rəfael Əsgərov, Cavidan Nəbiyev və Zəki Vəliyev müşayiət edəcək.