Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məktəb-studiyasının uşaq opera teatrında Gennadi Qladkovun “Bremen musiqiçiləri” tamaşasının premyerası ilə opera hazırlığı eksperimental sinfinin hesabat imtahanı keçirilib.
Uşaqlar öz rollarını çox gözəl ifa ediblər. Burada musiqi rəhbəri Ofeliya Axundova və quruluşçu rejissorlar Elvin və Nigar Mirzəyevlərin zəhməti xüsusi qeyd edilməlidir. Tamaşaçılar balaca artistlərin çıxışlarını alqışlarla qarşılayaraq onlara yeni uğurlar arzulayıblar.
Qeyd edək ki, uşaq opera teatrı 40 il bundan əvvəl professor Tərlan Seyidovun yaratdığı BMA-nın məktəb-studiyasının ən maraqlı layihələrindəndir. İllərdir ki, bu teatr yeni musiqi tamaşaları ilə musiqisevərləri sevindirir.