İyulun 15-də Parisin 13-cü rayonunun Mandapa Mərkəzində tanınmış xanəndə Qoçaq Əsgərov və çoxsaylı musiqi janrları üzrə vokalist Pyer de Tregomənin konserti keçiriləcək. Onları kamançada Elnur Mikayılov, pianoda Arno Qransak və zərb alətlərində Rusen Filiztek müşayiət edəcək.
Qeyd edək ki, Qoçaq Əsgərov və Pyer de Tregomən ənənəvi muğam və açıq improvizasiyalardan ibarət orijinal repertuar hazırlayıblar.