Tofiq Quliyev adına 12 nömrəli musiqi məktəbində fortepiano ixtisası üzrə təhsil alan Ayla Həsənova Macarıstanın Balaton şəhərində keçirilən beynəlxalq müsabiqədə Qran-pri mükafatına layiq görülüb.
Bu, yeniyetmə pianoçunun 2016-cı ildə ikinci beynəlxalq müsabiqədə uğurudur. O, bu il İspaniyanın Lloret de Mar şəhərində keçirilən müsabiqədə 1-ci yeri tutmuşdu.
Ayla Tahir qızı Həsənova 2003-cü ildə Bakıda anadan olub. 2009-cu ildə Bakı şəhər 175 nömrəli orta məktəbin 1-ci sinfinə gedib. 2011-ci ildə Vaqif Mustafazadə adına 2 saylı uşaq incəsənət məktəbində təhsil almağa başlayıb. 2012-ci ildən Tofiq Quliyev adına 12 nömrəli musiqi məktəbində oxuyur.
2014-cü ildə İstanbulda keçirilən Pera piano festivalında və 2015-ci ildə Estoniyanın Narva şəhərində müsabiqədə 3-cü yeri tutub. Bu ilin iyununda Bakıda Ədilə Hüseynzadənin 100 illiyinə həsr olunmuş respublika müsabiqəsində diploma layiq görülüb.