Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdləri Belçikanın paytaxtı Brüsseldə keçirilən “Musica Mundi” beynəlxalq kamera musiqisi festivalına qatılıblar.
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsindən bildirilib ki, iyulun 31-dək davam edəcək festivalda dünyanın müxtəlif ölkələrindən 10-18 yaşlı istedadlar öz bacarıqlarını nümayiş etdirirlər. Festival qala-konsert və dünya musiqi elitasının tanınmış nümayəndələrindən sayılan Maksim Venqerov, İrvi Qitlis, Menaxem Pressler, Nikolas Angelix, Mikloş Perenyi və Aleksandr Qavrilyuk tərəfindən imzalanmış təhsil sertifikatlarının təqdimatı ilə yekunlaşacaq.