Ən yaxşı kliplərə verilən “MTV video music” mükafatının nominantlarının adları açıqlanıb.
Amerikalı müğənni Beyonse (Beyonce Giselle Knowles-Carter) ümumilikdə 11 nominasiyada qalib olmaqla bu siyahıya başçılıq edib. Britaniyalı müğənni Adel 8 nominasiya ilə ikinci, kanadalı Dreyk isə 6 nominasiya ilə üçüncü pillədə qərarlaşıb.
Qeyd edək ki, Beyonsenin 4 müxtəlif klipi və bir filmi (“Lemonade”) mükafat qazanıb.