Sentyabr ayında Avropada yaşayan tanınmış azərbaycanlı skripkaçı Nəzrin Rəşidova və bolqar gitaraçı Stanislav Hvartçilkovun “First Hand Records” şirkəti tərəfindən birgə “Karnaval” albomu buraxılacaq.
Bu barədə Nəzrin Rəşidovanın, eləcə də “First Hand Records” şirkətinin saytlarında məlumat yayılıb.
Albomda İ.S.Bax, V.A.Motsart, J.Bize, E.Elqar, Y.Halvorsenin əsərləri yer alacaq. Əsərlər yeni aranjimanda təqdim ediləcək.