Əməkdar incəsənət xadimi, musiqişünas Firidun Şuşinskinin S.Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin sənədlərindən istifadə edilməklə hazırladığı "Azərbaycanın musiqi xəzinəsi" kitabı təkmilləşdirilmiş şəkildə yenidən geniş oxucu kütləsinə təqdim edilib. Kitabdakı yeni materialları toplayan, tərtib edən, nəşrə hazırlayan və “ön söz”ün müəllifi S.Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktor müavini Aslan Kənandır.
Kitabda Cabbar Qaryağdıoğlu, Keçəçioğlu Məhəmməd, Şəkili Ələsgər, Zabul Qasım, Segah İslam, Hüseynqulu Sarabski, Qurban Pirimov, Seyid Şuşinski, Bülbül, Xan Şuşinski ilə bərabər, oxuculara məlum olmayan neçə-neçə sənətkar haqqında da qiymətli məlumatlar toplanıb.