Sentyabrın 16-da Rusiyanın “Gecə snayperləri” qrupu Bakıda konsert proqramı ilə çıxış edəcək. Yaşıl Teatrda baş tutacaq konsertdə əfsanəvi qrup yeni albomundan mahnılar və ən yaxşı hitləri təqdim edəcək. Kollektivin rəhbəri Diana Arbeninadır.
Qeyd edək ki, “Gecə snayperləri” qrupu 1993-cü ildə yaradılıb. Qrup Berlin, Vyana, Praqa, Varşava, Riqa, Tallinn, Vilnüs, London, Paris və digər şəhərlərdə mütəmadi olaraq konsert proqramları ilə çıxış edib.