Xalq artisti Fərhad Bədəlbəylinin bəstəsinə klip çəkilib

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) məzunu, vokalçı Nigar Nazim “Dua-Ave Maria” mahnısına klip çəkdirib. Mahnının müəllifi BMA-nın rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəylidir.
Çəkiliş qrupuna rejissor Elvin Mirzəyev, operator və prodüser Həmid Mehrəfruz (İran), aranjimançı Etibar Əsədli, icraçı prodüser və fotoqraf Nərminə Həsənova daxildir.
Klip dünyanı bürümüş müharibə, terrorizm və iztirablara qarşı mübarizədən bəhs edir. Klipdə eşidilən azan və muğam sədaları musiqinin təsiri ilə daha da gücləndirilir. Çəkilişlər Abşeron və Buzovnada aparılıb.