Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində konsert

Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində (RİMM) “Dostların görüşü” adlı konsert olub. Tədbir “Rossotrudniçestvo” Agentliyinin ölkəmizdəki nümayəndəliyi və Rusiya Federasiyası Tatarıstan Respublikasının Azərbaycandakı daimi nümayəndəliyinin dəstəyi ilə təşkil edilib.
Konsertin proqramı Azərbaycan, rus, tatar və başqırd dillərində klassik və estrada mahnılarını, dünya xalqlarının rəqslərini əhatə edib.