Rusiyanın Əməkdar artisti, gürcü əsilli məşhur müğənni Qriqori Leps Bakıda konsert verəcək.
Noyabrın 19-na planlaşdırılan konsert Heydər Əliyev Sarayında baş tutacaq. Nadir diapazona və vokal koloritə malik olan Q.Leps bu dəfə tamaşaçıların görüşünə “The Best” adlı konserti ilə gələcək. Konsert proqramında müğənni öz repertuarında hit olan musiqi nömrələri ilə yanaşı, yeni mahnılarını da təqdim edəcək.
Qeyd edək ki, rusiyalı müğənni iyul ayında “Jara” (“İsti günlər”) musiqi festivalı çərçivəsində Bakıda çıxış edib. Öz üslubunu “rok elementləri ilə estrada musiqisinin vəhdəti” adlandıran müğənni “İlin mahnısı” və “Qızıl qrammofon” mükafatları laureatıdır.