Sentyabrın 7-də L. və M.Rostropoviçlərin ev-muzeyində Xalq artisti, Azərbaycan violonçel məktəbinin görkəmli nümayəndəsi, professor Rasim Abdullayevə həsr olunmuş musiqi gecəsi keçiriləcək.
Gecədə R.Abdullayevin qızı Ülviyyə Abdullayeva və L. və M.Rostropoviçlərin nəvəsi Anastasiya Mişula çıxış edəcək. Tədbirdə muzeyin fondundan götürülmüş unikal şəkillər və sərgi də nümayiş olunacaq.