Azərbaycanın Əməkdar artisti Yaqub Zurufçu Kanada və ABŞ-da bir neçə konsert proqramı ilə çıxış edəcək.
Müğənni deyib ki, oktyabrın 21-də Kanadanın Toronto, daha sonra isə Vankuver və Monreal şəhərlərində konsert verəcək. Los-Anceles və digər şəhərlərdə də konsertlər planlaşdırılır.
Müğənni deyib: “Həmişə konsertlərimdə Azərbaycan musiqisi səsləndirmişəm, bir sözlə, klassik və illərin sınağından keçmiş ən gözəl əsərləri ifa etmişəm. Budəfəki konsertlərimdə də öz milli mahnılarımızı, bəstəkar və xalq mahnılarını oxuyacağam”.