Sumqayıt şəhər Mədəniyyət evində Milli musiqi günü və dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 131-ci ildönümü münasibətilə “Üzeyir ömrü” adlı tədbir keçirilib.
Tədbirdə bəstəkarın həyat və yaradıcılığı haqqında geniş məlumat verilib. “Xəyal” instrumental ansamblının (bədii rəhbəri Allahverdi Xəyal, konsertmeyster Rasim Hüseynov) solistləri Mehdi Yusifzadə, Fidan Nağıyeva, Şahin Qədirsoy və özfəaliyyət kollektivinin üzvü Kamil Ağazadənin ifasında Ü.Hacıbəylinin romansları səsləndirilib.
“O olmasın, bu olsun” və “Arşın mal alan” musiqili komediyaları əsasında hazırlanmış səhnəciklər təqdim edilib.