Sentyabrın 27-də Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyində Üzeyir Hacıbəyli VIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində tədbir keçirilib.
Muzeyin direktoru Şeyla Heydərova dahi bəstəkarın həyat və yaradıcılığı haqqında danışarkən qeyd edib ki, Üzeyir Hacıbəyli mədəniyyətimizə əvəzsiz töhfələr verib. Onun əsərləri Azərbaycan və dünya musiqisi xəzinəsini zənginləşdirib.
Sonra beynəlxalq və milli müsabiqələrin qaliblərinin iştirakı ilə konsert keçirilib. Konsertdə Qara Qarayev adına Mərkəzi incəsənət məktəbinin tələbələri Ü.Hacıbəyli, F.Əmirov, Q.Qarayev, T.Quliyev və digər bəstəkarların əsərlərini səsləndiriblər.