Oktyabrın 1-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində və onun filiallarında - Niyazinin mənzil-muzeyində, Vaqif Mustafazadənin ev-muzeyində Beynəlxalq Musiqi Günü münasibətilə “açıq qapı” elan olunub.
Musiqi Mədəniyyəti Dövlət Muzeyindən bildirilib ki, gün ərzində bu muzeylərdə beynəlxalq müsabiqələr laureatları Fuad Əlizadə, Seyidxanım Babayeva və Nigar Quliyevanın ifalarında Azərbaycan və dünya klassiklərinin əsərlərindən ibarət musiqi proqramı təqdim edilib və ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.
Qeyd edək ki, 1 oktyabr - Beynəlxalq Musiqi Günü UNESCO-nun qərarı ilə 1975-ci ildə təsis edilib.