Sumqayıt şəhər uşaq incəsənət və musiqi məktəblərində Müəllimlər günü münasibətilə tədbirlər keçirilib.
F.Əmirov adına Uşaq musiqi məktəbində xalq çalğı alətləri ansamblı çıxış edib, müəllimlərdən Vüqar Nəcəfovun ifasında “Segah” təsnifi, Şöhrət Qocayevin ifasında “Baş sarıtel” saz havası səslənib.
Q.Qarayev adına Uşaq musiqi və Ə.Bakıxanov adına Uşaq incəsənət məktəblərində də müəllimlərin ifasında mahnılar maraqla qarşılanıb. Bülbül adına Uşaq incəsənət və musiqi məktəbində müəllimlər fəxri fərmanla təltif edilib, şagirdlərin ifasında musiqi nömrələri dinlənilib.