Gəncənin “2016-cı il Avropa gənclər paytaxtı” seçilməsi ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyinin müvafiq tədbirlər planına əsasən, şəhərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Tələbə gənclər estrada orkestrinin konserti keçirilib.
Nazirliyin təşkilatçılığı ilə gerçəkləşən konsertdə Azərbaycan və xarici ölkə bəstəkarlarının populyar mahnıları ifa olunub. Tələbələrin çıxışı böyük maraq doğurub. Konsert başa çatdıqdan sonra ifaçılar tamaşaçıların alqışları altında təkrar səhnəyə dəvət olunub və daha bir neçə mahnı səsləndiriblər.