22-30 oktyabr tarixində Bakıda Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Mədəniyyət Fondu tərəfindən ənənəvi beynəlxalq caz festivalı keçiriləcək. Festivalda Braziliya, Gürcüstan, İsveç, İspaniya, Fransa, Avstriya, Türkiyə, İtaliya, Norveç, Niderland, Almaniya, Macarıstan, Litva, Yaponiya və Kolumbiyadan məşhur musiqiçilərin, qrupların, eləcə də Azərbaycanın tanınmış caz ifaçıları və kollektivlərin iştirakı nəzərdə tutulub.
Beynəlxalq caz festivalının açılış konserti oktyabrın 22-də Beynəlxalq Muğam Mərkəzində keçiriləcək. Həmin gün Braziliyadan Qabriel Qrossi kvarteti caz həvəskarlarının qarşısına çıxacaq.