Oktyabrın 19-da Beynəlxalq Muğam Mərkəzində Amerika Muğam Cəmiyyətinin rəhbəri, Azərbaycan xalq musiqi alətlərindən kamança və tarın mahir ifaçısı Cefri Verbokun yaradıcılıq gecəsi keçiriləcək.
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşəcək tədbirdə C.Verbokun yaradıcılığından, muğam sənətinə olan sevgisindən və sənət fəaliyyətindən danışılacaq.
Gecədə konsert proqramı da nəzərdə tutulur. Konsertdə amerikalı ifaçı ilə yanaşı, respublikanın tanınmış xanəndələri də çıxış edəcək.
Qeyd edək ki, tədbir C.Verbokun 65 illik yubileyinə həsr olunub.