Noyabrın 5-də Beynəlxalq Muğam Mərkəzində muğam və cazın sintezindən ibarət konsert proqramı təşkil olunacaq. Konsert proqramı xanəndə Qoçaq Əsgərov və Fransanın tanınmış ifaçısı Pierre de Treqomainin iştirakı ilə baş tutacaq. Xanəndəni Elnur Mikayılov (kamança), İbrahim Babayev (tar), Kamran Kərimov (nağara) və Nicat Aslanov (piano) müşayiət edəcək.
Gecədə bir sıra muğam və təsniflərlə yanaşı, müxtəlif caz nömrələrinə də müraciət olunacaq. Həmçinin, konsertdə bir sıra improvizələr də gözlənilir.