Oktyabrın 28-də Moskvanın P.Çaykovski adına konsert zalında MDB ölkələri sənətçilərinin iştirakı ilə “SSRİ-də doğulmuşlar” adlı konsert proqramı təşkil olunacaq.
Konsertdə MDB ölkələrinin mədəniyyət və incəsənət xadimləri ilə yanaşı, Azərbaycanın Rusiyadakı səfiri, Xalq artisti Polad Bülbüloğlu və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Xalq artisti Samir Cəfərov da iştirak edəcək. Konsertdə “Arşın mal alan”, “Uşaqlığın son gecəsi”, “Qorxma, mən səninləyəm” filmlərindən musiqilər səsləndiriləcək.

Lalə