23-26 noyabr tarixində görkəmli bəstəkar, Xalq artisti Ramiz Mustafayevin (1926-2008) 90 illiyinə həsr olunmuş musiqi festivalı keçiriləcək. Sənətkar 82 illik ömür yolunun 65 ilini musiqi sənətinin inkişafına həsr edib.
Festival çərçivəsində 23 noyabrda Azərbaycan Dövlət Mahnı Teatrında “Ötən illərin nəğmələri” mahnı gecəsi, 24 və 25 noyabrda Azərbaycan Dövlət Filarmoniyasında konsertlər, 26 noyabrda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında bəstəkarın “Vaqif” operasının yenilənmiş quruluşda nümayişi nəzərdə tutulub.