Noyabrın 11-də Beynəlxalq Muğam Mərkəzində Qarabağ muğam məktəbinin görkəmli nümayəndəsi, xanəndə Bülbülcanın 175 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcək.
Bülbülcan (Əbdülbağı Əli oğlu Zülalov; 1841-1927) ilk musiqi təhsilini Şuşada Xarrat Qulunun məktəbində alıb. 70 illik yaradıcılıq fəaliyyəti dövründə həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda konsert proqramları ilə çıxış edib, muğamsevərlər arasında şöhrət qazanıb. Cabbar Qaryağdıoğlu, Musa Şuşinski, Məşədi Məmməd Fərzəliyev, Şəkili Ələsgər, Seyid Şuşinski kimi tanınmış ifaçılar nəslinin yetişdirilməsində xanəndənin zəhməti əvəzsizdir.