SSRİ-nin keçmiş prezidenti Mixail Qorbaçov Berlin Kino Festivalı çərçivəsində keçiriləcək “Sülh naminə kino” təntənəli mərasimində “Green Film Award” mükafatını təqdim edəcək. “Reuters” agentliyinin məlumatına görə, ətraf mühitin qorunması uğrunda çalışan kinematoqrafiya işçilərinə verilən mükafat bu il Hollivud ulduzu Leonardo di Kaprioya qismət olacaq.
   Di Kaprio “On birinci saat” sənədli filmini çəkib. Aktyor ekoloji fondunu hələ 1998-ci ildə yaradıb. Onun təşkilatı Kaliforniyada bir neçə yerli layihəni dəstəkləyir, eləcə də İnternet vasitəsilə ekoloji aksiyaların təbliği ilə məşğul olur.
   Berlinale öz işini fevralın 15-nə kimi davam etdirəcək. Kinofestivalın əsas müsabiqə proqramında 17 film iştirak edir. Onlardan 14-ü tamaşaçılara ilk dəfə təqdim olunacaq.