Qahirə şəhərindən 20 kilometr cənubda yerləşən Sakkara nekropolunda çalışan misirli arxeoloqlar içində sarkofaqda 8 mumiyanın olduğu şaxta tapıblar. Şaxtanın divarlarında daha 22 balzamlaşdırılmış cəsədin olduğu dəliklər qazılıb. «Associated Press» agentliyinin məlumatına görə, Misirin qədim dəyərlər üzrə Ali Şurasının rəhbəri Zahi Havass tapıntını «mumiya anbarı» adlandırıb.
   Şaxtanın dərinliyi 11 metrdir. Bəzi məlumatlara görə, onu bizim eradan 2500 il əvvəl qazıblar. Sakkaradakı nekropoldan əsasən Qədim çarlıq dövründə (təxminən bizim eradan əvvəl 2700-2100-cü illər) istifadə ediblər. Lakin arxeoloqlar orada Roma əsgərlərinin qəbirlərini də tapırmışlar.
   Sakkaradakı qazıntılar artıq 150 ildir davam edir. Sonuncu dəfə oradakı qazıntılar barədə bu ilin yanvar ayının əvvəlində məlumat verilib. Alimlər nekropolda smarkofaq və mumiya qalıqları tapmışdılar. Güman edildiyinə görə, bu qalıqlar Altıncı dinastiyanın banisi, firon Tetinin anası, çariça Seşestetə məxsusdur.