Bütün dünyada musiqisevərlərə və pərəstişkarlarına Stinq adı ilə məşhur olan musiqiçi Qordon Samner daha bir kino layihəsində iştirak etmək niyyətindədir. Contactmusic.com resursunun məlumatına görə, Stinq əsasında Saymon “Asterin Private Privilege” romanının durduğu filmdə çəkilmək istəyir.
   Stinqin adının çəkilməsini istəməyən dostu deyib ki, müəllif Saymon Aster dünyanın ən bahalı musiqiçilərindən sayılan Stinqi əsas rol üçün ideal namizəd olduğunu vurğulayıb. Qeyd edək ki, Stinq və Saymon Aster uzun illərdir dostluq edirlər.
   Stinq sonuncu dəfə filmdə 1998-ci ildə çəkilib. Musiqiçi o zaman Qay Riçinin «Kart, pul və iki tapança» filmində iştirak edib. Ümumilikdə isə Stinq kinematoqrafiyada ilk dəfə uzaq 1975-ci ildə debüt edib.