Məşhur Hollivud kinoaktyoru Vel Kilmer Nyu-Meksiko ştatının qubernator seçkilərində iştirak etmək istəyir. «Associated Press» agentliyinin məlumatına görə, hazırda aktyor namizədliyini irəli sürməyin perspektivlərini nəzərdən keçirir.
   Kilmer agentliyə müsahibəsində həyatda daim xeyir verməyə çalışdığını vurğulayıb: «Əgər mənim qubernator postunda daha böyük xeyir verəcəyim müəyyən edilsə, mən seçkilərdə iştirak edəcəyəm».
   Vil Kilmer artıq xeyli vaxtdır ki, böyük siyasətə qoşulub. O, Demokrat Partiyasının qeydiyyata alınan üzvlərindəndir. Aktyor ötən prezident seçkilərində hazırkı prezident Barak Obamaya səs verib.
   49 yaşlı Vel Kilmer Los-Ancelesdə doğulsa da, artıq 20 ilə yaxındır Nyu-Meksikada yaşayır. «Betmen» və «Cim Morrison» rollarının müəllifi siyasi uğuruna şübhə etmir: «Əgər namizədliyimi irəli sürsəm, mütləq qubernator seçiləcəyəm».
   Kilmer Hollivuddakı karyerası ərzində 20-dən çox filmdə çəkilib. Onun iştirak etdiyi filmlər arasında «Tam məxfi», «Top qan», «Dorz», «Müqəddəs», «Döyüş», «Həmişə Betmen» filmlərini göstərmək olar