Məşhur aktyor Ceyms Uitmor ABŞ-da 88 yaşında vəfat edib. Azərbaycan tamaşaçısına daha çox «Şouşenkdən qaçış» filmindəki yaşlı məhbus obrazı ilə tanış olan Uitmorun ağciyər xərçəngindən vəfat etdiyi bildirilir. Məlumata görə, xəstəlik 2008-ci ilin noyabrında aşkar edilib. Aktyorun vəfat etməsi və ölümünün səbəbləri ilə bağlı kütləvi informasiya vasitələrinə onun oğlu Stiv Uitmor məlumat verib. O bildirib ki, atası Malibudakı evində ölüb.
   Ceyms Uitmor Nyu-Yorkda doğulub. İkinci Dünya müharibəsi dövründə dəniz piyadası qoşunlarında xidmət edib. Aktyor karyerası 1940-cı illərdə başlayıb.
   O, 1949-cu ildə «Döyüş meydanı» adlı döyüş dramı filmindəki roluna görə «İkinci planda ən yaxşı kişi aktyoru» nominasiyasında «Oskar» mükafatı alıb. Aktyor 1975-ci ildə də prezident Harri Trumen roluna görə «Ən yaxşı kişi aktyoru» nominasiyasında «Oskar»a namizəd olub.