«Saç üçün lak» filminin yaradıcısı, rejissor Adam Şenkman «Min bir gecə» Şərq nağılının qəhrəmanı, əfsanəvi səyyah Sindibadı ekrana qaytaracaq. «Variety» qeyd edir ki, gələcək filmin ssenarisinin əsasında Sindibad və onun komandasının Ələddinin sehrli çırağını axtarması durur.
   Əvvəllər bu layihə üzərində Con Sinqlton və Rob Koen kimi məşhur rejissorlar da işləməyə çalışıblar. Lakin filmin çəkilməsi Şenkmana tapşırılıb. Qeyd edək ki, Şenkmanın planında «Bob the Musical» adlı başqa bir film də var. Bu film fəlakətlə üzləşdikdən sonra insan ürəyinin musiqisini eşitməyə başlayın şəxsdən söhbət açır.
   Hələlik rejissorun bu filmlərdən hansını birinci çəkməyə başlayacağı bildirilmir. Qeyd edək ki, Şenkmanın sonuncu işi «Gecə danışılan nağıllar» adlı fantastik komediya olub. Filmdə baş rolu Adam Sendler oynayıb.