Vinsent Van Qoqun Amsterdam muzeyi «Van Qoq və gecə rəngləri» adlı böyük tematik sərgi açıb. Sərgiyə 32 rəsm, 19 qrafik iş və rəssamın məktublarından 5 şəkil daxil edilib. Ekspozisiyaya məşhur rəssamın «Kartof yeyənlər» və «Səpinçilər» (mövcud olan hər üç versiya) əsərləri də daxil edilib. Nyu-Yorkdakı «MoMA» müasir incəsənət muzeyi layihə üçün «Ulduzlu gecə» rəsmini təqdim edib. Bu əsər Amsterdamda 1990-cı ildən nümayiş etdirilməyib. Parisdəki «Orse» muzeyi isə «Rona üzərində ulduzlu gecə» əsərini verib. Sərgidə Van Qoqla yanaşı, Dobinyi, Koro, Mille, Düpre, Jorj Ser və Lui Anketenin əsərləri də nümayiş olunur.