Beynəlxalq Fonoqrafik Sənaye Federasiyası 2008-ci ildə musiqi albomlarının dünyadakı satışı barədə məlumat açıqlayıb. Bu barədə «France Presse» agentliyi məlumat yayıb.
  Ötən ilin ən çox satılan albomu Böyük Britaniyanın «Coldplay» qrupunun «Viva La Vida Or Death And All His Friends» diski olub. Albomun ümumi tirajı 6,8 milyona çatıb. «Coldplay» 2007-ci ilin ən çox pul gətirən diski olan «High School Musical 2» saundtrekini satışa görə üstələyib. İkinci yerdə AC/DC gəlir. Qrup özünün 15-ci studiya albomu olan «Black Ice» ilə ikinci yeri tuta bilib. İlk üçlüyə ABBA qrupunun «Mamma Mia» müzikl-filmi üçün yazılan saundtreki də daxil olub.
   
   2008-ci ildə ən çox satılan albomların ilk onluğu aşağıdakı kimidir:
   
   1. Coldplay - Viva La Vida Or Death And All His Friends
   2. AC/DC - Black Ice
   3. Various Artists - Mamma Mia! The Movie Soundtrack
   4. Daffi- Rockferry
   5. Metallica - Death Magnetic
   6. Leona Lüis - Spirit
   7. Emi Uaynhaus - Back To Black
   8. Various Artists - High School Musical 3: Senior Year
   9. Lil Ueyn - Tha Carter III
   10. Rianna - Good Girl Gone Bad