Məşhur Hollivud aktrisası Culiya Roberts komediya çəkir. life.ru saytının verdiyi məlumata görə, “İsus Henri Xristos” adlı bu film süni mayalanma yolu ilə doğulan və feminizm hərəkatının aktiv üzvü tərəfindən tərbiyə edilən oğlandan bəhs edir. Oğlan 10 yaşına çatanda öz bioloji atasının axtarışına çıxır. Filmin əsasında rejissor Denis Linin eyniadlı qısametrajlı filmi durur. Qeyd edək ki, Dennis Li bundan əvvəl də Culiya Robertslə əməkdaşlıq edib. Aktrisanın özünün filmdə iştirak edib-etməyəcəyi hələlik bəlli deyil.