Sapporoda 65-ci beynəlxalq qar fiqurları festivalı keçirilir

Fevralın 5-də Yaponiyanın Hokkaydo prefekturasının mərkəzi şəhəri Sapporoda 65-ci beynəlxalq qar fiqurları festivalı başlanıb. Dünyanın müxtəlif ölkələrindən peşəkarları və yüz minlərlə turisti cəlb edən festivalda qar və buzdan hazırlanmış 198 nümunə nümayiş etdirilir. Onların arasında fiqurlu konki sürənlərin və hokkeyçilərin 15 metr hündürlüyündə heykəli də var. Bu heykəl fevralın 7-də Rusiyanın Soçi şəhərində başlayacaq 22-ci Qış Olimpiya Oyunlarına həsr olunub.
Fevralın 11-dək davam edəcək festivalı təqribən iki milyon insanın ziyarət edəcəyi gözlənilir.