Azərbaycan

15 oktyabr 1910 - Tarixçi, ictimai xadim İsmayıl Abbas oğlu Hüseynov (1910-1969) anadan olub.
15 oktyabr 1910 - Tanınmış kinorejissor Hüseyn Seyidzadə (1910 - 2.6.1979) İrəvan şəhərində anadan olub. Milli kino tariximizdə özünəməxsus yeri olan “O olmasın, bu olsun”, “Koroğlu”, “Dəli Kür”, “Yenilməz batalyon”, “Qayınana” filmlərini çəkib.
15 oktyabr 1928 - Xalq rəssamı, Prezident təqaüdçüsü Yusif İsmayıl oğlu Hüseynov (1928 - 1.9.2009) Bakıda doğulub. 1977-1987-ci illərdə Azərbaycan Rəssamlar İttifaqının sədri olub.
15 oktyabr 1932 - Şair Hafiz Həbib oğlu Baxış (1932 - 4.9.1989) Zəngəzur mahalı Qafan bölgəsinin Yuxarı Kirətağ kəndində doğulub. Sözlərinə mahnılar bəstələnib. Kitabları: “Azərbaycan oğluyam”, “Sona bülbüllər”, “Eşqimi sönməyə qoymaram”, “Dağlar üçün darıxmışam”.
15 oktyabr 1950 - Xalq artisti, tarzən Ağasəlim Sahib oğlu Abdullayev anadan olub. Azərbaycan Televiziyası Baba Salahov adına “Araz” xalq çalğı alətləri ansamblının rəhbəri, Azərbaycan Milli Konservatoriyasının professorudur.
15 oktyabr 1996 - Tanınmış diktor Gültəkin Əjdər qızı Cabbarlı (9.3.1929 - 1996) vəfat edib. Azərbaycanda peşəkar diktorluq məktəbinin yaranmasında xidmətləri olub.

16 oktyabr 1923 - Xalq yazıçısı, ədəbiyyatşünas, filologiya elmləri doktoru Gülhüseyn Hüseynoğlu (Gülhüseyn Hüseyn oğlu Abdullayev; 1923 - 8.7.2013) Masallı rayonunun Mollaoba kəndində doğulub. Azərbaycan ədəbiyyatında mənsur şeirin dəyərli nümunələrini yaradıb. BDU-nun müasir Azərbaycan ədəbiyyatı kafedrasının professoru olub.
16 oktyabr 1926 - Bəstəkar, pedaqoq, Xalq artisti, professor Ramiz Mustafayev (1926 - 10.4.2008) anadan olub. “Vaqif”, “Polad”, “Xan və əkinçi” operalarının, operettaların, simfoniyaların və s. müəllifidir.
16 oktyabr 1935 - Yazıçı və kinodramaturq Əli Hüseyn oğlu Qafarov (1935-1979) anadan olub. “Azərbaycanfilm”də çəkilmiş bədii (“Qızıl qaz”, “Çarvadarların izi ilə”) və sənədli (“Mahnıya həsr olunmuş həyat”, “Sevinc sarayı”, “Odla təmasda”) filmlərin ssenari müəllifidir.
16 oktyabr 1946 - Kinooperator Köçəri Məmmədov (1946-2008) Gədəbəy rayonunda doğulub. Azərbaycanın yeni tarixini əks etdirən sənədli və xronikal filmlərin operatoru olub.
16 oktyabr 1949 - Ədəbiyyatşünas alim, akademik, Əməkdar elm xadimi İsa Əkbər oğlu Həbibbəyli Naxçıvan MR Şərur rayonunun Danyeri kəndində anadan olub. Milli Məclisin deputatı, 2013-cü ildən AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktorudur.

17 oktyabr 1905 - Yazıçı Məhəmməd Əsəd bəy (Qurban Səid; 1905-1942) Bakıda anadan olub. Sovetləşmədən sonra Almaniyaya mühacirət edib. “Əli və Nino” romanı ilə şöhrət qazanıb, tarixi mövzuda 20-dək əsərin müəllifidir. İtaliyada vəfat edib.
17 oktyabr 1915 - Operator, rejissor, Xalq artisti Cavanşir Musa oğlu Məmmədov (1915-1997) Şuşada doğulub. Müharibə illərində (1941-1945) Mərkəzi Sənədli Filmlər Studiyasının operator qrupunda fəaliyyət göstərib. Bakı kinostudiyasında sənədli filmlər çəkib.
17 oktyabr 1924 - Şair Hüseyn Razi (Hüseyn Məmməd oğlu Rzayev; 1924 - 17.2.1998) Ordubad rayonunun Dəstə kəndində anadan olub.
17 oktyabr 1936 - Yazıçı Çingiz Əbülhəsən oğlu Ələkbərzadə (1936 - 7.1.1999) anadan olub. “Qızıl yəhərli at”, “Çılpaq” və s. əsərlərin, “Vulkana doğru” filminin ssenari müəllifidir.
17 oktyabr 2003 - Tanınmış şair Nüsrət Yusif oğlu Kəsəmənli (29.12.1946 - 2003) vəfat edib. 100-dən çox şeirinə musiqi bəstələnib, sənədli filmlərin ssenari müəllifidir. «Azərbaycanfilm»də baş redaktor işləyib, “Doğma sahillər” (1989) filmində çəkilib.

18 oktyabr 1918 - Görkəmli ədəbiyyatşünas alim Mirəli Seyidov (1918-1992) İrəvanda doğulub. "Qövsi Təbrizi", "Azərbaycan mifik təfəkkürünün qaynaqları", "Azərbaycan xalqının söy-kökünü düşünərkən", "Yaz bayramı" və s. kitabların müəllifidir.
18 oktyabr 1949 - Tanınmış rejissor, aktyor, Əməkdar incəsənət xadimi Vaqif İbrahimoğlu (Həsənov; 1949 - 12.5.2011) Bakının Mərdəkan qəsəbəsində doğulub. Musiqili Komediya, Milli Dram teatrlarında, Türkiyədə, Estoniyada tamaşalar hazırlayıb. 1989-cu ildə Yuğ Teatrını yaradıb. Filmlərdə çəkilib: “Dantenin yubileyi”, “Qəm pəncərəsi”, “Otel otağı”, “Sahə” və s.
18 oktyabr 1991 - Azərbaycanın dövlət müstəqilliyini bərpa etdiyi gündür. Ali Sovet “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktını qəbul edib. 6 fəsil, 32 maddədən ibarət sənəd Azərbaycanın müstəqilliyinin konstitusion əsaslarını müəyyənləşdirdi.

Dünya

15 oktyabr 1814 - Rus şairi, yazıçı, dramaturq Mixail Yuryeviç Lermontov (1814 - 27.7.1841) anadan olub. Əsərləri: “Zəmanəmizin qəhrəmanı” (roman), “Mtsıri”, “Hacı Abrek”, “Qafqaz əsiri” (poema), “Maskarad” (pyes) və s. Azərbaycanda olub, “Aşıq Qərib” dastanını qələmə alıb. 1841-ci ildə Pyatiqorskda dueldə öldürülüb.
15 oktyabr 1844 - Alman filosofu Fridrix Nitsşe (Friedrich Wilhelm Nietzsche; 1844 - 25.8.1900) anadan olub. Dünya fəlsəfi fikrinə güclü təsir edən əsərlərin müəllifidir: “Faciənin doğuluşu”, “Zərdüşt belə deyirdi”, “Xeyir və Şərdən o yana”, “Bütlərin qürubu”, “Antixrist” və s.
15 oktyabr 1897 - Rus yazıçısı İlya İlf (İxeil Faynzilberg; 1897 - 13.4.1937) anadan olub. Yevgeni Petrov (Katayev) ilə məşhur “12 stul”, “Qızıl buzov” və s. əsərlərin həmmüəllifidir.
15 oktyabr 1905 - İngilis yazıçısı Çarlz Persi Snou (Charles Percy Snow, 1905-1980) anadan olub. Əsərləri: “Özgələr və qardaşlar”, “Hakimiyyət dəhlizləri”, “Yelkənlər altında ölüm” və s.
15 oktyabr 1920 - İtalyan əsilli Amerika yazıçısı, ssenarist Mario Pyuzo (Mario Puzo, 1920-1999) anadan olub. Əsərləri “Xaç atası” (roman və eyniadlı filmin ssenarisi), “Siciliyalı”, “Xoşbəxt səhifə” və s.
15 oktyabr 1929 - Serb şairi, yazıçı, tərcüməçi Milorad Paviç (1929-2009) anadan olub. Xəzər xaqanlığından (VIII-IX əsrlər) bəhs edən “Xəzər lüğəti” tarixi-ensiklopedik romanının müəllifidir.

16 oktyabr 1854 - İrland şairi və dramaturqu Oskar Uayld (Oscar Fingal O"Flahertie Wills Wilde, 1854-1900) anadan olub. “Diriana Qreyin portreti” romanı, “İdeal ər”, “Diqqətə layiq olmayan qadın” və s. pyeslərin müəllifidir.
16 oktyabr 1888 - Amerika dramaturqu, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1936) Yudjin O’Nil (Eugene Gladstone O"Neill; 1888-1953) anadan olub. Pyesləri: “Üfüqün arxasında”, “Buz paylayan gələcək”, “Qarağaclar altında məhəbbət”.
16 oktyabr 1927 - Alman yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1999) Günter Qrass (Günter Wilhelm Grass; 1927 - 13.4.2015) anadan olub. Əsərləri: "Tənəkə təbili", "Pişik və siçan”, “İt illəri”, “İblisin gündəliyindən”.
16 oktyabr 1948 - Hind aktrisası, rejissor Hema Malini anadan olub. Çəkildiyi məşhur filmlər: “Zita və Gita”, “Qisas və qanun”, “Əlibaba və qırx quldurun macəraları”, “Cəngəlliklər kralı” və s.

17 oktyabr 1849 - Polyak bəstəkarı və pianoçusu, romantizmin parlaq nümayəndəsi Frederik Şopen (Fryderyk Chopin, 22.2.1810 - 1849) vəfat edib. Vals, noktürn, ballada, sonata, polonez və digər janrlarda əsərlərin müəllifidir.
17 oktyabr 1915 - Amerika dramaturqu Artur Miller (Arthur Aster Miller, 1915-2005) anadan olub. Əsərləri: “Mənim bütün oğullarım”, “Kommivoyacerin ölümü”, “Sərt sınaq” və s.

18 oktyabr 1859 - Fransız filosofu, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1927) Anri Berqson (Henri-Louis Bergson, 1859-1941) anadan olub. Əsərləri: “Yaradıcılıq təkamülü”, “Materiya və yaddaş”.
18 oktyabr 1926 - Amerika aktyoru Corc Skott (George Campbell Scott, 1926-1999) anadan olub. Filmləri: “Patton” (“Oskar” mükafatı), “12 qəzəblənmiş kişi” və s.
18 oktyabr 1960 - Belçika əsilli Amerika aktyoru, kinorejissor Jan Klod van Damm (Jean-Claude Van Damme) anadan olub. Filmləri: “Qanlı idman”, “İkiqat zərbə”, “Universal əsgər”, “Çətin hədəf” və s.

Hazırladı: Vüqar Orxan