Sentyabrın 18-də XX əsr Azərbaycan aşıq sənətinin görkəmli nümayəndələrindən biri, Əməkdar mədəniyyət işçisi Aşıq Kamandar Əfəndiyevin Gürcüstanın Borçalı bölgəsindəki doğma kəndi Kürüstü Kəpənəkçidə büstü açılacaq.
   Azərbaycan Aşıqlar Birliyinin katibi Musa Nəbioğlu bildirib ki, büstün qoyulması ilə bağlı qərar ustad aşığın 80 illik yubileyində qərara alınıb. Gürcüstanın mədəniyyət naziri Quram Odişariyanın və ölkənin digər rəsmilərinin qatılacağı tədbirdə Aşıq Kamandarın xeyli vaxtdır fəaliyyət göstərən ev-muzeyinin də rəsmi açılışı olacaq.