Tovuz şəhərində Hüseyn Bozalqanlı adına Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyi üçün yeni bina inşa olunur. Tovuz Rayon Mədəniyyət və Turizm Şöbəsindən bildiriblər ki, muzeyin yeni binası ikimərtəbəli olacaq və müasir standartlara cavab verəcək. Muzey eksponatlarla zənginləşdiriləcək.