Martın 14-də Gəncə şəhər MKS-nin Uşaq şöbəsində nağıl saatı təşkil olunub.
Şöbənin müdiri Atlaz Cəfərova şəhər 27 saylı orta məktəbin 1-ci sinif şagirdlərinə “Ağıl sınağı”, “Tamahkar canavar”, “Hiyləgərin sonu” nağılları haqqında məlumat verib. Sonra uşaqların nağıl qəhrəmanlarına dair verdiyi suallar cavablandırılıb.
* * *
Oğuz rayon Mərkəzi kitabxanasının Uşaq şöbəsində 3 saylı bağçanın məktəbə hazırlıq qrupunun iştirakı ilə nağıl saatı keçirilib. Şöbənin müdiri K.Cəfərova nağılların uşaqların mənəvi, estetik tərbiyəsində mühüm rol oynadığını qeyd edib. Azyaşlılar vətənə, bahara aid şeirlər söyləyiblər. Sonra balacalar şöbənin əməkdaşları T.İsayeva və A.Nuhovanın oxuduğu nağıllara qulaq asıblar.